Sıx Soruşulan Suallar

Ağlınıza gələn bütün sualların cavabları

Bəli, bütün universitetlərimiz Dövlət Təhsil Nazirliyi tərəfindən akkreditə olunub və diplomlarınız Azərbaycan Respublikasında tam tanınır. Ukrayna, Özbəkistan və Qazaxıstan universitetlərinin diplomları Avropa və MDB ölkələrində də etibarlıdır.
Bəli. Qəbuldan sonra da sənədləşmə, yerləşmə və digər təşkilati məsələlər üzrə dəstək göstəririk. Ehtiyac yarandıqda təhsil müddətində yaranan suallarla bağlı da sizə məsləhət veririk.
Bəli! Xaricdə tam ştatlı təhsil alan tələbələrə hərbi xidmətdən möhlət verilir. NF Education hərbi möhlət sənədlərinin hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsində tam dəstək verir.
Xeyr. NF Education xidmətlərindən Azərbaycanın bütün bölgələrindən və xaricdən onlayn şəkildə yararlana bilərsiniz. Sənədlərin hazırlanması, konsultasiya və müraciət prosesi məsafədən də həyata keçirilə bilər.
Bəzi universitetlər hissəli ödəniş imkanı təqdim edir. Ödəniş qrafiki və şərtlər universitetin daxili qaydalarından asılı olaraq dəyişir. Müraciət zamanı sizə uyğun ödəniş variantları barədə ətraflı məlumat təqdim edirik.
İlk konsultasiya tamamilə ödənişsizdir. Təhsil prosesində kömək xidmətlərimiz üçün müəyyən bir ödəniş tələb olunur. Ətraflı məlumat üçün pulsuz konsultasiya əldə edin.
NF Education vasitəsilə Özbəkistan, Ukrayna və Qazaxıstan universitetlərinə müraciət edə bilərsiniz. Hər bir ölkədə müxtəlif ixtisaslar və beynəlxalq standartlara uyğun təhsil proqramları mövcuddur. Büdcənizə, akademik göstəricilərinizə və gələcək hədəflərinizə uyğun ən münasib universitet seçimində sizə dəstək göstəririk.
Xaricdə təhsil üçün yaş həddi yoxdur. Universitet və proqramın tələblərinə uyğun olduğunuz halda istənilən yaşda təhsil almaq üçün müraciət edə bilərsiniz.

Hələ də Sualın Var?

Bizimlə birbaşa əlaqə saxla. Komandamız 24 saat ərzində cavab verəcək.